Yüngül Sənaye

təsərrüfatın geyim, ayaqqabı, baş geyimləri və digər istehlak malları istehsal edən olunan sahəsidir.
Yüksəlmə Meyili
Zaçet
OBASTAN VİKİ
Türkiyədə yüngül sənaye
Türkiyənin yüngül sənayesi — Türkiyənin toxuculuq, geyim və dəri sənayesində istehsal sənayesində çalışanların üçdə birindən çoxu çalışır (müxtəlif mənbələrə görə, 750 mindən 1,9 milyon nəfərə qədər və toxuculuq və geyim sənayesində təxminən 40 min şirkət fəaliyyət göstərir). Özəl xarici və Türkiyə dövlət kapitalının yüngül sənayedəki payı azdır. Çin, Vyetnam, Hindistan, Banqladeş və Pakistandan ucuz məhsulların bazara daxil olması bir çox türk şirkətlərinin daha bahalı qiymət seqmentinə keçməyə məcbur etdi. Onlar marka məhsulların istehsalını mənimsədilər. Toxuculuq sənayesi Türkiyə iqtisadiyyatının ən qədim və aparıcı sahələrindən biridir. 1980-ci ildə həyata keçirilən iqtisadi islahat toxuculuq mallarının ixracının artmasına və yeni toxuculuq avadanlıqlarının idxalına kömək etmişdir. 2002-ci ildə toxuculuq sənayesində 16,6 milyard dollarlıq (1990-cı ildə — 8,8 milyard) məhsul istehsal olunmuş və 6.2 milyard dollarlıq (1990-cı ildə — 3.1 milyard) məhsul ixrac edilmişdir. 2005-ci ildə 17.5 milyard dollar dəyərində tekstil məhsulları istehsal edildi; 2006-cı ildə tekstil ixracatı 8.1 milyard dollara çatmişdır (o cümlədən parçalar — 3.1 milyard, lif və iplik — 1.7 milyarddan çox). 2009-cu ildə Türk toxuculuq məhsullarının ən böyük alıcılarının ilk onluğuna Rusiya (15%), İtaliya (9,7%), Almaniya (6.1%), Rumıniya (4.6%), Polşa (4.3%), İran (4,1%), Bolqarıstan (3,8%), Böyük Britaniya (3,2%), Misir (2,9%) və ABŞ (2,9%) daxil idi. Tekstil ixracatının əsas məhsullarını sintetik parçalar, pambıq parçaları, iplər və ipliklər, yun parçalar təşkil etmişdır.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi. Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb. 1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Yüngül aviadaşıyıcı
Yüngül aviadaşıyıcı bir ordunun standart gəmilərindən daha kiçik olan bir təyyarə gəmisidir. Dəqiq tərif ölkədən ölkəyə fərqli olsa da, bu gəmilər standart gəminin yarısı və ya üçdə ikisi ölçüsündə ola bilərlər. Yüngül təyyarə daşıyıcıları bir çox cəhətdən müşayiət gəmiləri ilə oxşar konsepsiyaya malikdirlər. Bununla belə, müşayiət gəmiləri amfibiya (dəniz və quru) əməliyyatları zamanı konvoyu mühafizə etmək və hava dəstəyini təmin etmək vəzifəsini yerinə yetirərkən, yüngül aviadaşıyıcılar daha yüksək sürət üçün nəzərdə tutulmuşdurlar. İspaniyalı Xuan Karlos universal desant gəmisi-dir, lakin Harrier II idarə edə bilir və Anadolu da yüngül təyyarə gəmisi kimi qəbul edilir.
Yüngül pulemyot
Yüngül pulemyot bir əsgər üçün köməkçiyə ehtiyac olmadan daşımaq və istifadə etmək üçün hazırlanmış bir silahdır. Ümumiyyətlə cəbhə bölgələrində piyada dəstəyi üçün istifadə olunur. Yüngül pulemyotlar normal silah və ya taktiki vasitə kimi də təsvir edilə bilər. İlk yüngül pulemyot, Birinci Dünya müharibəsi əsnasında ingilislərin piyada əsgərlərə dəstək məqsədilə istehsal etdikləri Lewis pulemyotu idi. Müharibənin sona çatması ilə müəyyən kiçik zonalarda və modern piyada dəstələrinin təcili olaraq ehtiyac duyduğu ərazilərdə istifadə olunmağa başlandı. Yüngül pulemyotlar hərəkət halında və ya belə söykənərək istifadə edilə bilinsə də, bu çox da lazım olmadı. Adətən ayrıc dəstəyi ilə üzü üstə vəziyyətdə istifadə olunurdu. Brengun və ya BAR kimi yüngül pulemyotlarda bir bəslənmə darağı vardı. MG 34 və s. pulemyotlar həm daraq, həm də mayonla qidalanırdı.
Yüngül tank
Yüngül tank sürətli hərəkət üçün hazırlanmış və bu gün ilk növbədə kəşfiyyat məqsədləri üçün və ya əsas döyüş tankının dəstəklənməsi üçün uyğun olmayan yerlərdə səfər qüvvələrini dəstəkləmək üçün, istifadə olunan bir tank variantıdır. İlk yüngül tanklar ümumiyyətlə zirehli maşınlar kimi zirehli quruluş və silahlarla təchiz edilmişdi, lakin tırtıldan istifadə etmələri sahədəki üstün hərəkətliliklərinin təminatçısı idi.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Bren (yüngül pulemyot)
Bren (ingiliscə tam adı Bren Light Machine Gun) - Çexoslovakiya və İngiltərənin birlikdə istehsal etdiyi yüngül pulemyotdur. 1938-ci ildə xidmətə qəbul edilmiş və 1958-ci ildə xidmətdən kənarlaşdırılmışdır. Bənzər versiyası olan L4 hələ də Böyük Britaniya tərəfindən istifadə olunur. 550 metrlik effektiv mənzilə malik Bren kifayət qədər yüngül silahdır. Bu silah .303 British 7.92x57mm Mauser (İkinci dünya müharibəsi dövründə Çin üçün) və 7.62×51mm NATO (İkinci dünya müharibəsindən sonra) tipli güllələrdən istifadə etmişdir. 1938–1966-cı illərdə ümumi olaraq 5,400,000 ədəd istehsal edilmişdir. İkinci dünya müharibəsi, Ərəb-İsrail müharibələri, Birinci Hindçin müharibəsi, Süveyş böhranı, Vyetnam müharibəsi, Folklend müharibəsi kimi bir çox müharibələrdə müxtəlif tərəflər tərəfindən istifadə edilmişdir.
Lewis (yüngül pulemyot)
Lewis pulemyotu Amerika Birləşmiş Ştatları və İngiltərənin birlikdə istehsalı olan yüngül pulemyotdur. Silah müharibə zamanı Britaniya İmperiyası qoşunları tərəfindən geniş istifadə edildi və Koreya müharibəsinin sonuna qədər bir ayırıcı lülə soyutma ötürücüsü və üstə quraşdırılmış tambur maqazin ilə istifadə edilmişdir. Konstruktor: The Birmingham Small Arms Company Limited Konstruksiya tarixi: 1911 İstehsalçı: The Birmingham Small Arms Company Limited Savage Arms Co.
Owen (yüngül pulemyot)
Owen, Avstraliya istehsalı olan yüngül pulemyotdur. Silah 1939-cu ildə Evelyn Owen tərəfindən yaradılıb və İkinci dünya müharibəsi zamanı Avstraliya ordusunun əsas yüngül pulemyotu olmuşdur. Silahı 1943-cü ildən 1960-cı illərin ortalarına qədər istifadə etmişlər.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Yüngül relsli sistem
Yüngül relsli sistem, Yüngül dəmir yolu və ya Müasir dekovil, daha yüksək həcmlərdə işləyən şəhər tramvay sistemidir. Dekovil, 40 ilə 60 sm arasındakı relslərdə hərəkət edə bilmək üçün hazırlanmış və maşın, heyvan və ya insan gücü ilə hərəkət etdirilə bilən vaqonlardır. 1875-ci ildə Paul Decauville tərəfindən Fransada qurulan şirkət tərəfindən istehsal edilən bu vasitələr zaman keçdikcə bu ad (dekovil) ilə məşhurlaşdı. Yüngül relsli sistemlərdə istifadə olunan vaqonlar adi tramvaylara nisbətən daha sürətli olsalar da, metro vaqonlarına nisbətən daha yüngüldürlər. Son zamanlarda, ağır dəmir yolu sistemləri ilə qarşılaşdırıldıqda, nisbətən ucuz və artan etibarlılığına görə bu sistemlərə daha çox üstünlük verilir.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
Dördüncü sənaye inqilabı
Dördüncü sənaye inqilabı vəya Sənaye 4.0 (ing. dilindən Industry 4.0) — dördüncü sənaye inqilabı adlı konseptin sırf sənaye ilə bağlı olan alt hissəsidir. Sənaye 4.0 və dördüncü sənaye inqilabı ifadələri tez-tez bir-birini əvəz etməsinə baxmayaraq, bunlar fərqli konseptlərdir. Sənaye 4.0 standartlarına cavab verən istehsal müəssisələri əsasən naqilsiz bağlantı və sensorlar ilə gücləndirilmiş, bütün istehsal xəttini görüntüləyə bilən və bu barədə qərar qəbul edə biləcək xüsusi bir sistemlə və bu sistemə qoşulmuş avadanlıqlarla təchiz olunur. Dördüncü sənaye inqilabı isə dünyada ümumi olaraq fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin qarışmasını təsvir edən bir yoldur. Bu, süni intellekt, robotexnika, Əşyaların İnterneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablama və digər texnologiyalardakı inkişafların birləşməsidir və hər hansı bir sahədə tətbiq oluna bilər. Sənaye 4.0 termini, 2011-ci ildə, Almaniya hökumətinin istehsalın kompüterləşdirilməsini təşviq edən yüksək texnologiya strategiyasının bir layihəsindən yaranmışdır. Sənaye 4.0 termini həmən ildə Hannover sərgisində ictimaiyyətə təqdim edildi. 2012-ci ilin oktyabr ayında Sənaye 4.0 üzrə İşçi Qrup, Alman federal hökumətinə Sənaye 4.0 tətbiqetmə tövsiyələrini təqdim etdi. Sənaye 4.0 işçi qrupunun üzvləri və tərəfdaşları Sənaye 4.0-ün qurucu ataları və hərəkətverici qüvvəsi kimi tanınırlar.